“Putin və Ərdoğan Soçidə yeni “taxıl sazişi”ni müzakirə edəcək”- "Hürriyet"

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Soçidə keçiriləcək görüşdə “taxıl sazişi”nin yeni formulunu müzakirə edəcək

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.

Nəşrin məlumatına görə, ötən həftə Ukraynada səfərdə olan və indi Moskvaya gəlməyə hazırlaşan Türkiyənin xarici işlər naziri Hakan Fidan bu təşəbbüsü inkişaf etdirməyə çalışacaq.

Nəşr qeyd edir ki, Fidan Kiyevdə əvvəlki şərtlərə qayıtmaq istəməyən, eyni zamanda yeni razılaşmalara qarşı çıxmayan Ukrayna hakimiyyətinin mövqelərini dinləyib. Fidan Moskvada da bu mövzuda Rusiya rəsmilərinin mövqeləri ilə tanış olacaq.

Bundan sonra Ankara BMT-yə sazişin yeni variantlarını təklif edəcək və prezidentlərin müzakirə edə biləcəyi formul hazırlayacaq.

Soçi görüşünün sentyabrın 4-də baş tutacağı bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Bakı-Quba yolunun bir hissəsi təmir edilir

Sonrakı məqalə

Cəlilabadda yeni doğulmuş körpənin ölümü ilə bağlı araşdırma aparılır