Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski növbəti prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gələ bilər.
Azpost.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin müxbiri Hande Fırat bildirib.
Onun sözlərinə görə, Rusiya liderinin Ankaraya ayrıca səfər edəcəyi, bundan sonra isə ölkəyə onun ukraynalı həmkarının gələcəyi gözlənilir.
“Putin və Zelenskinin bir-birinin ardınca baş tutacaq bu səfərləri zamanı Ukrayna münaqişəsinin gedişi və taxıl dəhlizi müzakirə olunacaq”, – Fırat qeyd edib.
Azpost.info