“Çavuşoğlu ilə Putin və Zelenskinin görüşünün təşkilini müzakirə etmədik”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov Türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bu gün bunu konkret müzakirə etmədik. Çünki Putin və digər nümayəndələrimiz bununla bağlı suala dəfələrlə öz şərhlərində toxunublar”-deyə Lavrov bildirib.
XİN rəhbəri bildirib ki, bu görüşün görüş xatirinə keçirlməsini istəmirlər:“Bu görüşün təşkili üçün heç bir maneə yoxdur. Belarusda nümayəndə heyətləri sazişin əldə olunması üçün işləyirlər. Bundan sonra əldə olunmuş nailiyyətlərin möhkəmləndirmək üçün dövlət başçılarının təması olacaq”.