“Putin və Ərdoğan çox ciddi siyasətçilərdir”- PESKOV

“Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan populist hiylələrə öyrəşməyən ciddi siyasətçilərdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin və Ərdoğan böyük siyasi təcrübəyə malik, öz sözlərinə cavabdeh olan çox ciddi siyasətçilər və dövlət xadimləridir”, – Peskov bildirib.

Peskovun sözlərinə görə, hər iki lider öz sözlərinə görə məsuliyyət daşıyır və ikitərəfli qarşılıqlı faydalı əlaqələri inkişaf etdirir: “Onlar hər iki ölkənin xalqları üçün vacib olan qarşılıqlı faydalı ikitərəfli münasibətlərə aid olan konkret mahiyyətli məsələlərlə məşğul olurlar”.

Azpost.info

Əvvəlki məqalə

“Putinin məğlub olmasına sayılı günlər qalıb…” –

Sonrakı məqalə

Tovuzda itkin düşən 13 yaşlı qız Xaçmazda tapıldı –