“Putin və mən bunu edəcək qədər axmaq deyilik” –LUKAŞENKO

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın tərkibinə keçməsi imkanlarından danışıb. O, bu variantı “köhnə üsul” adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Pool of the First” “Telegram” kanalı məlumat yayıb. “Putin və mən köhnə üsullarla hərəkət edəcək qədər axmaq deyilik”,- Lukaşenko deyib.

Onun fikrincə, Rusiya və Belarus elə birlik yarada bilər ki, digər ölkələr sanksiyaların aşmağı onlardan öyrənər.

Qeyd edək ki, son açıqlamalarının birində Belarus prezidenti İttifaq dövlətinin inkişafı üçün yeni iqtisadi strategiyanın yaradılmasına çağırıb. Onun sözlərinə görə, Minsk və Moskva gələcəyə baxmalıdır. Lukaşenko həmçinin bildirib ki, Qərb Rusiya və Belarusu məhv etməyə çalışır. Onun fikrincə, ABŞ və Avropa İttifaqı illərdir buna doğru gəlirdi.

Azpost.info

Əvvəlki məqalə

“Artıq minlərlə komando döyüşçüsü tam hazırdır” –

Sonrakı məqalə

Bakı Şəhər Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub