“Putindən sonrakı prezident ondan da betər ola bilər” –Çexiya dövlət başçısı

Çexiya prezidenti Pyotr Pavel Putini Hitlərlə müqayisə edib. 

Azpost.info bildirir ki, bu barədə o Praqada keçirilən mitinqdə çıxışı zamanı deyib.  O, bu müqayisəni Rusiyanın Ukraynadakı fəaliyyəti çərçivəsində aparıb: “O zaman, ikinci dünya müharibəsi öncəsi Hitler özünü Putin indi özünü Ukraynaya münasibətdə apardığı kimi aparırdı“-deyə o bildirib.

Çexiya prezidenti müsahibəsində həmçinin Rusiyada vəziyyəti şərh edib. O bildirib ki, yaxın gələcək üçün Rusiyanın siyasi mühitində dəyişikliklər gözləməyə dəyməz.

“Putindən sonra Rusiyada hakimiyyət uğrunda mübarizədə müxtəlif ssenarilər başq qaldıra bilər. Ola bilsin ki, yeni lider dialoqa və əməkdaşlığın yenilənməsinə daha çox meyilli olsun. Yaxud bu şəxs Putində daha pis biri ola bilər. Bunu demək çox çətindir. Amma hesab edirəm ki, cəmiyyətdə və iqtisadiyyatda struktur problemlərini nəzərə alsaq Rusiyada uzun müddət qeyri-sabitlik olacaq”-deyə Prezident vurğulayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Koreyada uşaqlara Kim Çen Inın qızının adını qoymaq qadağan olunub

Sonrakı məqalə

“İlk oyunlarda çətin idi, indi daha öyrəşirəm…” –