“Rusiya indi taktiki mənfəət üçün Ukrayna ilə hansısa danışıqlara razılaşır, çünki Putinin bu müharibədə sabit, dəyişməz məqsədi yoxdur”.
Azpost.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MK) direktoru Uilyam Berns Senatın Kəşfiyyat Komitəsində çıxışı zamanı deyib. “Putinin keçmişdə necə davrandığını, geri çəkilmək və ya səhvi etiraf etməyi qəbuledilməz saydığını nəzərə alsaq, bu, bəlkə də tərəddüdlü bir avantüradır”, – Berns bildirib.
O əlavə edib ki, Putin ölkəsində “təbliğat köpüyü” yaratsa da, çətin ki, rusları həm müharibə, həm də Rusiya iqtisadiyyatı ilə bağlı real vəziyyətlə bağlı xəbərlərdən tamamilə təcrid edə bilsin.
Berns hesab edir ki, ABŞ-ın Rusiyanın kimyəvi silahdan istifadə etməsi riskini ciddi qəbul etməsi vacibdir: “Onlar artıq öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə ediblər. Ən azı Suriyada və onun hüdudlarından kənarda bunu təşviq ediblər. Ona görə də buna ciddi yanaşmaq lazımdır”.
Azpost.info