“Putinin qarşısını almaq üçün əlimizdən gələni edirik”- Avropa Komissiyasının sədri

“Biz Putinin döyüş maşınının qarşısını almaq üçün əlimizdən gələni etməyə davam edirik”.

Azpost.info xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

O, sanksiyaların işlədiyini də bildirib: “Məsələn, biz Rusiyadan idxalımızı təxminən üçdə ikisini azaltdıq. Bu, Rusiyanın gəlirlərinə böyük zərbədir. Biz artıq Kremlə 10 sanksiya paketi tətbiq etmişik. Komissiya 11-ci paket üzrə təklifləri təsdiqləyib ki, bu da məhdudiyyətlərdən yayınmanın qarşısını almağa yönələcək. Biz bu məsələni tərəfdaşlarla, o cümlədən G7 ölkələri ilə işləyirik”.

Azpost.info

Əvvəlki məqalə

Avropa Komissiyasının sədri Kiyevə gəldi

Sonrakı məqalə

Polşada fəallar Rusiya səfirinə əklil qoymağa imkan vermədilər