Putinin keçmiş kürəkəninin yarım milyonluq əmlakına həbs qoyuldu

Niderland prokurorluğu Amsterdam ətrafında Rusiya prezidenti Vladimir Putinin qızı Mariya Vorontsovanın keçmiş əri Yorrit Faassenə məxsus torpaq sahəsinə həbs qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “Proekt” yazır.

“Torpaq sahəsinin həbsi o deməkdir ki, Faassenə qarşı cinayət işi açılıb”, – vəkil Helen over de Linden deyir.
Fassenin dindirildiyini Niderland xüsusi xidmət orqanlarındakı mənbə də təsdiqləyib.

Britaniyanın “Guardian” qəzeti həbs olunan ərazinin uzun müddət Putinin dostları Arkadi və Boris Rotenberq ikilisinə məxsus olduğunu öyrənib. 2019-cu ildə Faassen torpaq sahəsini 450 min avroya alıb və iki ildən sonra orada yaşayış binası və altı inzibati binanın tikintisi üçün müraciət edib.

Niderland prokurorluğunun nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib, Faassen özü isə jurnalistlərin zənglərinə cavab verməyib.

Faassen və Vorontsova 2008-2016-cı illərdə birlikdə olublar. Onların 11yaşlı oğlu Roman Rusiya prezidentinin ictimaiyyət qarşısına çıxan yeganə nəvəsidir.

Azpost.info

Əvvəlki məqalə

Taxtadan hazırlanan ilk avtomobil

Sonrakı məqalə

Marketlərdə satışda “plastik” düyülər varmı? –