Putinin mətbuat katibi Ukrayna ərazisinə səfər edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib.

TASS xəbər verir ki, bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim”, o deyib. Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı “LXR” və “DXR”in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.

 

Əvvəlki məqalə

ABŞ Gürcüstanda təhsilin inkişafına 14 milyon dollar ayırır

Sonrakı məqalə

“Prezident Vladimir Putin vaxtı gələndə Donbasa səfər edəcək”