Putinin Qırğızstan prezidentinə hədiyyə verdiyi təyyarə Britaniyaya buraxılmayıb

01 Noyabr 2021 - 16:53
Qırğızstan prezidentinin təyyarəsi Böyük Britaniyaya buraxılmayıb.
Azpost.info “Sputnik Kirqiziya”ya istinadən bildirir ki, prezident Sdır Japarovun olduğu təyyarə texniki uyğunsuzluq səbəindən BMT-nin Qlazqoda keçirilən iqlim sammitinin keçirildiyi hava limanına daxil ola bilməyib.
“1 saylı bort -TU-154 təyyarəsi Avropa İttifaqının və Britaniyanın texniki normalarına cavab vermir. Bununla bağlı qırğız tərəfinə məlumat verilib. Sammitə özəl təyyarə ilə uçmaq qərarı verilib”-deyə prezident administrasiyanıdan məlumat verilib.
Japarov Qlazqoya Embraer Lineage 1000 özəl reaktiv təyyarədə uçub. Hazırda prezident Britaniyaya gəlib və sabah sammitdə çıxış edəcək.
TU-154 təyyarəsini 2006-cı ildə sabiq prezident Kurmanbek Bakiyevə Putin hədiyyə edib. Təyyarə 1993-cü ildə istehsal edilib.