Putinin qızları müharibə ilindən qazanclı çıxıb- 1 milyarddan çox gəlirləri olub

Rusiya prezidenti Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonovanın şirkətləri 2022-ci ildə 1,2 milyard rubldan çox gəlir əldə ediblər.

Azpost.info xəbər verir ki, bu, şirkətlərin maliyyə hesabatlarından məlum olub.

Nüvə təbabəti layihələrində ixtisaslaşan Vorontsovanın Yeni Tibb Şirkəti (“Nomeko”) ən böyük gəliri əldə edib – 855 milyon rubl.

Bir vaxtlar gəlir gətirməyən “Nomeko” 2019-cu ildə Vorontsova onun həmtəsisçisi olduqdan sonra çiçəklənməyə başladı. Artıq növbəti il şirkət demək olar ki, 600 milyon rubl qazandı.

Ötən il “Nomeko” “Vaqner”in muzdlularını müalicə edən “SOGAZ Medicine” klinikalarını satın aldı. Sövdələşməyə həmçinin Leninqrad vilayətində tikilməkdə olan, sərmayəsi 30 milyard rubl dəyərində olan Yüksək Texnologiyalı Tibb Kompleksi də daxildir.

Katerina Tixonovanın firmalarının gəlirləri daha az olub – 290 milyon rubl. Ən böyük mənfəəti Milli İntellektual İnkişaf Fondu əldə edib – 265 milyon. Bu, Ukraynadakı müharibədən əvvəlki illə müqayisədə təxminən iki dəfə çoxdur. Həmçinin, R&D törəmə müəssisələrinin qazancı 26 milyon rubla qədər artıb.

Tixonova Moskva Dövlət Universitetində “İnnopraktika” adı altında çalışan fondun baş direktorudur. Fond neft hasilatı, geologiya, biotexnologiya və kimya sahələrində tədqiqatlar aparır. Onun tərəfdaşları arasında “Rosneft”, “Qazprom” və “Rostek” var. Son dörd ildə fondun mənfəəti 5 dəfə artıb.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Vətəndaşlara məxsus obyektlərdə niyə kameralar quraşdırılır?