Putinin Surovikini hara göndərdiyi məlum oldu- General qiyamdan sonra ilk xarici səfərinə çıxır

Rusiyanın Ukraynadakı qüvvələrinin keçmiş komandanı general Sergey Surovikin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə Əlcəzairə gedib.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant”a məlumatlı mənbələr bildirib.

Mənbə deyib ki, bu, “Vaqner”in qiyamından sonra Surovikinin xaricə ilk səfəridir.

“Aydındır ki, Surovikinə ən yüksək səviyyədə etimad göstərilir və generalın səfəri onun Şərq üzrə vəzifəyə təyinatı ilə bağlı ola bilər”, – nəşrə danışan mənbə bildirib. O, Surovikinin səfərini Rusiyanın “Şərq istiqamətində” maraqları ilə əlaqələndirir.

2023-cü ilin yanvarında prezident Vladimir Putin Surovikini Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının komandanı vəzifəsindən kənarlaşdırarıb və bu vəzifəyə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu təyin edib.

2023-cü ilin mayında Yevgeni Priqojin Surovikinin Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” arasında sursat təchizatı məsələlərinə dair dialoqda iştirak edəcəyini açıqladı. 23 iyun 2023-cü ildə Priqojin başda olmaqla “Vaqner”in muzdluları silahlı qiyam təşkil etdilər. Elə həmin gün Surovikinin “Vaqner”çilərə müraciət etdiyi və onları dayanmağa çağırdığı bir video yayımlandı. Bundan sonra general ictimai məkandan yoxa çıxdı.

İyul ayında “Bloomberg” xəbər vermişdi ki, “Vaqner”in qiyamından sonra özəl hərbi şirkətin Afrika və Yaxın Şərqdəki əməliyyatları Rusiya Müdafiə Nazirliyinin nəzarətinə keçəcək. MAR rəsmiləri bu qərarla razılaşaraq, “Vaqner”lə deyil, Rusiya ilə əməkdaşlıq etdiklərini qeyd etdilər.

Hazırda Rusiya Müdafiə Nazirliyi Yaxın Şərqdə təsirini artırmağa çalışır. Məsələn, Liviyada “Vaqner”çilərin Mərkəzi Afrika Respublikasında olduğu kimi eyni kontingenti var. Onlar orada böyük enerji obyektlərini mühafizə edirlər.

Eyni zamanda, muzdlulara Rusiya hərbi-nəqliyyat təyyarələrindən istifadə etmək qadağan edilib.

Əvvəllər Afrikanın “Vaqner”ə qalacağına söz verən Putin Priqojinin ölümündən sonra bütün muzdluların Rusiya dövlətinə sədaqət andı içməli olduğuna dair fərman imzalayıb.

Azpost.info

Əvvəlki məqalə

“Tarif Şurasının qərarı dərman vasitələrinin aşağı qiymətə alınmasına imkan verəcək”

Sonrakı məqalə

Aralarında Rusiya və Ermənistan vətəndaşları da olan daha 79 nəfər Qarabağı tərk edib