Putinin toyuna getdiyi Avstriyanın keçmiş XİN rəhbəri istefa verib

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl “Rosneft”in direktorlar şurasının üzvü vəzifəsindən istefa verib.

Azpost.info xəbər verir ki, bu barədə bu gün Rusiya dövlət neft şirkətinin saytında məlumat verilib. “Xanım Knaysl şirkətin direktorlar şurasında səlahiyyətlərinin ikinci müddətə uzadılmasından imtina edib”, – məlumatda deyilir.

Öz növbəsində “Rosneft” Karin Knaysla birgə fəaliyyətə görə təşəkkür edib və beynəlxalq ekspert birliyinin görkəmli nümayəndəsi kimi onunla gələcəkdə birgə əməkdaşlığa ümid edtdiyini bildirib.

Xatırladaq ki, Knaysl “Rosneft”in direktorlar şurasına bir il əvvəl seçilib. O, 2017-2019-cu illərdə Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb. Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin yayında Knayslın toyunda iştirak edib. O, hətta gəlinlə rəqs edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

“Rusiya və Fransa Azərbaycanın Xankəndinə daxil olmasına imkan verməyəcək” –