Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa ilə telefon danışığı aparıb.
Azpost.info xəbər verir ki, prezidentlər Sankt-Peterburqda Rusiya-Afrika sammitində ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
Liderlər həmçinin “taxıl sazişi”ni müzakirə ediblər.
“Cənab Putin Cənubi Afrika prezidentinə Rusiya ərzaq və gübrələrinin ixracına maneələrin aradan qaldırılması öhdəliyinin yerinə yetirilmədiyini bildirib. Həmçinin qeyd edib ki, sövdələşmənin əsas məqsədi, o cümlədən Afrika qitəsi də daxil olmaqla, ehtiyacı olan ölkələrə taxıl tədarükü həyata keçirilməyib”, – Kremlin məlumatında bildirilir.
CAR prezidenti rusiyalı həmkarına avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitinə hazırlıq barədə məlumat verib. Üzbəüz formatda keçiriləcək tədbirə Putin də dəvət olunub, lakin o, gedib-getməyəcəyinə hələ qərar verməyib.
Azpost.info