“Yalnız bu məsələ barədə Putinlə görüşə bilərəm” –ZELENSKİ

“Müharibənin başa çatması müzakirə olunacaqsa, Rusiya prezidenti Vladimir Putinlə görüşərəm”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Dövlət olaraq elə bir strukturları var ki, Putinsiz heç bir qərar qəbul edilmir. Onların bütün institutlarını bir qərar birləşdirir – Rusiya prezidentinin qərarı. Əgər söhbət müharibəni bitirmək üçün konkret qərardan gedirsə, bu qərar Putinsiz qəbul olunmayacaq”, – Zelenski bildirib.

Onun sözlərinə görə, prezidentlər səviyyəsində görüşü təşkil etmək getdikcə çətinləşir: “Bir xətt var ki, onu keçmək çətindir. Buça, İrpen, Mariupol və digər şəhərlərdə baş verənlərdən sonra çox çətindir. Buna baxmayaraq, biz bitirməyə çalışmalıyıq”.

Ukrayna lideri əlavə edib ki, Putindən başqa heç kimlə görüşməyəcək: “Masada bir sual – müharibəyə son qoymaq olsa, görüş olacaq. Başqa danışılası bir şey yoxdur”.

Azpost.info

Əvvəlki məqalə

“Müsəlman Birliyi Hərəkatı üzvlərinə təzyiq göstərilməyib” –

Sonrakı məqalə

“Diplomu olmayan din xadimləri əvəzlənəcək” –