Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında danışıqların vaxtı koordinasiya mərhələsindədir.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Biz prezident Putinlə baş nazir Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılaşmanı gözləyirik. Bu söhbət baş tutan kimi sizə məlumat verəcəyik”, – Peskov deyib.
Onun sözlərinə görə, hələlik Azərbaycan prezidenti İlham Əliyevlə təmas planı yoxdur: “Azərbaycanla təmaslar iş səviyyəsində davam edir, lazım gələrsə, Putinlə Əliyev arasında söhbət aparıla bilər, lakin hələlik belə bir təmasla bağlı hazırlıq aparılmır”.
Azpost.info