Prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında görüşün keçirilməsi istisna edilmir.
Azpost.info xəbər verir ki, buni Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, heç kim Putinlə Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir, lakin danışıqların məhsuldar olması zəruridir.
Peskovun sözlərinə görə, görüşə hazırlıq görülməli, bunun üçün nümayəndə heyətləri və nazirlər üzərinə düşəni etməlidir: “Bu, Putin və Zelenskinin proses və söhbət xatirinə deyil, nəticə naminə görüşməsi üçün lazımdır. Rusiya tərəfinin mövqeləri məlumdur, onlar aydın şəkildə ifadə olunub və Ukrayna tərəfinin diqqətinə çatdırılıb”.
Azpost.info