Putinlə kompromis mümkün deyil –Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bir daha bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə kompromis mümkün deyil.

UNİAN-ın məlumatına görə, bu barədə Ukrayna lideri BBC-yə müsahibəsində bildirib.

Prezident izah edib ki, bu, mümkün deyil, çünki “Putinlə nəyisə razılaşdırmaq olar və ertəsi gün o, qoşun göndərəcək”. O, həmçinin vurğulayıb ki, Ukraynanın bütün ərazilərini geri qaytarmasını istəyir və müharibənin başa çatması yalnız 1991-ci ildəki Ukrayna sərhədlərinə qayıtdıqdan sonra mümkündür.

Əvvəlki məqalə

BMT Rusiyanı Ukraynadan dərhal çıxmağa çağırıb –

Sonrakı məqalə

Şəmkirdə ruhi xəstə qonşularını və 9 yaşlı uşağı bıçaqlayıb