“Putinlə mübahisə elədim…” –Avstriya kansleri dünənki görüşdən danışdı

Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüş təəssüratlarından danışıb.

Azpost.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Kurier” yazıb.

Nehammerin sözlərinə görə, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib.

“Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər tufana işarə edir”, – kansler bildirib.

O qeyd edib ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.

Həmçinin, onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın günahkar olduğunu təkid edib.

Qeyd edək ki, Nehammer-Putin görüşü aprelin 11-də Moskvada baş tutub. Onların söhbəti 1,5 saat davam edib.

Xatırladaq ki, bu gün Rusiyanın Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbər yayılıb.

Əvvəlki məqalə

“Qızıl top”u qazanmağa ən real namizədlər kimlərdir? –

Sonrakı məqalə

Metroda qatar gözləyən 68 yaşlı kişi öldü