Qəbul imtahanlarında Vətən müharibəsinə dair məlumatlar necə təqdim olunacaq? –DİM

Qəbul imtahanlarında Vətən müharibəsinə dair məlumatların hansı mənbə əsasında salınacağına aydınlıq gətirilib.

Dövlət İmtahan Mərkəzində Tarix fənni üzrə işçi qrupun iclasında “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” adlı elmi-metodik məqalə müzakirə edilib. Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş mühüm məlumatlar yeni redaktədə nəzərə alınıb. İclasda iştirakçılar tərəfindən məqalə ilə bağlı bildirilən qeyd və təkliflər nəzərə alınıb.

Məqalə əvvəlcə DİM-in saytında yenilənəcək, daha sonra “Abituriyent” jurnalının 2-ci sayında yenidən dərc ediləcək. Məlumat üçün qeyd edilir ki, ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərdə İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumat yoxdur. Ona görə də 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar bu məqalə əsasında tərtib ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əsas məsuliyyət Əli Həsənovun və oğlunun üzərinə düşür” –

Sonrakı məqalə

573 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvü polisə işə qəbul olunub