Qəddafinin oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Liviyanın sabiq lideri Muəmmər Qəddafinin oğlu Hannibal Livan həbsxanasından ağır vəziyyətdə xəstəxanaya köçürülüb.

Azpost.info bildirir ki, bu barədə “Əl-Hədəth” telekanalı xəbər verib. Hannibal Qəddafi  ötən ay həbsxanada aclıq aksiyası keçirib. O, məhkəməsiz həbsdə saxlanmasına etiraz edir. Telekanal Qəddafinin qanında şəkərin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyünü bildirir.

Xatırladaq ki, 2015-ci ildə saxlanılan Hannibal Qəddafi Livanda 1978-ci ildə Liviyaya səfəri zamanı livanlı şiə din xadimi İmam Musa əs-Sədrin yoxa çıxması ilə bağlı məlumatı gizlətməkdə ittiham olunub.

Azpost.info

Əvvəlki məqalə

“Vaqner” qiyamı rublu zəiflədib, kapital axınına səbəb olub

Sonrakı məqalə

Şəhər meri timsahla evləndi