Kreml Londonun Moldova və Gürcüstanı silahlandırmaq niyyətinə cavab verdi
“Qərbin təkcə Ukraynaya deyil, Moldova və Gürcüstana da silah vermək niyyəti qeyri-sabitliyə səbəb olacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bunlar qitənin təhlükəsizliyini təhdid edən və qeyri-sabitliyə səbəb olan hərəkətlərdir”, – Peskov deyib.
O, həmçinin Britaniyanın xarici işlər naziri Liz Trasın bəyanatının Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəyərləndirilməli olduğunu qeyd edib.
Xatırladaq ki, Liz Trass Ukraynanın Krım və Donbasdakı ərazilərini tamamilə azad edə biləcək dərəcədə silahlanmalı olduğunu bildirib. XİN rəhbərinin fikrincə, Qərb Moldova və Gürcüstanın da müdafiə qabiliyyətinin genişlənməsinə kömək etməlidir. Çünki Putin bu ölkələrə də müdaxilə edə bilər.
Azpost.info