“Kreml Qərbin Rusiyadan enerji istehlakını azaltmaq barədə xəbərdarlığını ciddi qarşılamayıb”.
Azpost.info bildirir ki, bu sözləri BBC radiosuna müsahibəsində Prezident Putinin 2000-2005-ci illərdə baş müşaviri olmuş Andrey illiarinov bildirib.
Andrey İllarionov hesab edir ki, əgər Qərb ölkələri Rusiyadan neft və qaz ixracına real embarqo tətbiq etsələr, yəqin ki, bir-iki aya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırılacaq. “Bu, Qərb ölkələrinin əlində olan çox təsirli alətlərdən biridir”, –o əlavə edib.
Qərb Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Avropa bu ölkədən neft və qaz alışını davam etdirməkdədir.
Keçən il qiymətlərin bahalaşması Rusiyaya büdcəsinin üçdə birindən çoxunu neft və qaz gəlirlərinin hesabına formalaşdırmağa imkan verib. Bu gəlirin böyük hissəsi Avropa İttafaqından daxil olur. Aİ qazının təxminən 40%-ni və neftin 27%-ni Rusiyadan idxal edir. Bu həftə Aİ-nin baş diplomatı Josep Borrell Aİ-nin Rusiyaya aldığı enerjiyə görə nə qədər pul ödənildiyi məsələsinə diqqəti çəkib. “Biz Putindən aldığımız eneriyə görə hər gün ona bir milyard [avro] ödəyirik”, – Josep Borrell bildirib.
Münaqişə başlayandan neft və qaz ticarəti davam etsə də, geniş miqyaslı sanksiyalar o deməkdir ki, bir çox digər sahələrdə iqtisadi fəaliyyət donub, bir çox xarici şirkət Rusiyanı tərk edib və ixrac pozulub.
Rusiya Mərkəzi Bankı tərəfindən aparılan son sorğulardan biri iqtisadiyyatın bu il 8% düşəcəyini proqnozlaşdırır, Beynəlxalq Maliyyə İnstitutu isə bu göstəricinin 15% azala biləcəyini bildirib.