Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrini Rusiyanın qızıl-valyuta ehtiyatlarını oğurlamaqda ittiham edib.
Azpost.info xəbər verir ki, Lavrov bunu “Əl-Ərəbiyyə”yə müsahibəsində deyib.
O xatırladıb ki, Ukraynada hərbi xüsusi əməliyyat başlamazdan və sanksiyaların tətbiqindən əvvəl imzalanan müqavilələrdə “Qazprom”un hesablarına dollar və avro ilə ödənişlər nəzərdə tutulub və bu ödənişlər Qərb banklarında saxlanılıb: “Ukraynada xüsusi hərbi əməliyyat başlayanda qərbli “dostlarımız” bizdən 300 milyard dollardan çox pul oğurlayanda, əslində qaza görə ödədiklərini oğurladılar. Bu o deməkdir ki, bu illər ərzində qazımızdan pulsuz istifadə ediblər”.
XİN rəhbərinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin növbəti “quldurluq”un qarşısını almaq üçün qeyri-dost ölkələr, o cümlədən Avropa İttifaqı ölkələri üçün qaza görə ödənişləri rubla köçürməyi tapşırıb: “Bu, həyasız soyğunçuluğun davam etməməsi üçün tamamilə zəruri sxemdir”.
Azpost.info