“Ukraynanın əks-hücumunun qışdan əvvəl böyük irəliləyişlə nəticələnəcəyi ehtimalı yoxdur”.
Azpost.info xəbər verir ki, bu barədə “The Economist” yazıb.
“Bu, çox uzun bir döyüş ola bilər”, – nəşrə danışan mənbələrindən biri deyib.
Oxşar fikri hərbi əməliyyatları təhlil edən “Rochan Consulting”in hərbi eksperti Konrad Muzka da səsləndirib. O qeyd edib ki, yalnız daha böyük bölmələrin yerləşdirilməsi və ya Rusiyanın mövqelərinin dağılması Ukraynanın irəliləyişini sürətləndirə bilər. Əks halda, hücumun əvvəlki üç ayda getdiyi yol daha bir neçə dəfə davam edəcək.
Nəşr yazır ki, Qərblə Kiyev arasında döyüş taktikası ilə bağlı fikir ayrılığı var. Məsələn, adı açıqlanmayan ABŞ rəsmisi “Economist”ə deyib ki, Ukrayna sovet doktrinasına güclü şəkildə bağlıdır və bu vəziyyətin dəyişməsi üçün vaxt lazımdır.
Bundan başqa, mənbələr bildirirlər ki, Qərbdə belə bir fikir var idi ki, Kiyev irimiqyaslı hücumlar həyata keçirməlidir. Bu, böyük itkilərə səbəb olsa da, daha böyük uğurlara imkan verəcək. Ukrayna isə buna etiraz edib.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu yayın əvvəlindən davam edir. Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin əks-hücumun heç bir nəticə vermədiyini və Kiyevin 71 mindən çox insan itirdiyini deyib.
Azpost.info