“Qərbli həmkarlarımız kimi, görüş xatirinə görüş keçirmirik”- Rusiya XİN

“Hər şey istədiyimiz sürətlə getmir. Lakin Azərbaycanla Ermənistan arasında illərlə yığılıb qalmış bir sıra problemlər və ziddiyyətləri nəzərə alsaq, bu başadüşüləndir. Eyni zamanda, biz işi süni surətdə sürətləndirmirik və qərbli həmkarlarımız kimi, görüş xatirinə görüş keçirməyə can atmırıq”.

Azpsot.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departament direktoru Denis Qonçar deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bütün istiqamətlər üzrə güclü vasitəçilik səylərini davam etdirir: “O cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında . ictimaiyyət nümayəndələri və ekspertlərin iştirakı ilə dialoqun inkişaf etdirilməsi”, – XİN rəsmisi bildirib.

Azpsot.info

Əvvəlki məqalə

“Daha heç vaxt Rusiyaya gəlməyəcəyəm” –

Sonrakı məqalə

MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb