Qəzaya uğrayan helikopterin “qara qutu”su harada açılıb?

Noyabrın 30-da Xızı rayonu ərazisindəki Qaraheybət təlim poliqonu üzərində qəzaya uğrayan, Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterinin “qara qutu”sunun harada açılması ilə bağlı məlumatların məxfi xarakter daşıdığı açıqlanıb. Bu barədə Baş prokurorun böyük köməkçisi , ədliyyə müşaviri Mahir Abbasov jurnalistlərə bildirib.

“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertizalar təyin edilib. Burada hər hansı təxribat və kənar müdaxilə yoxdur. Araşdırma və ekspertiza rəylərindən sonra hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – o bildirib.

M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq “qara tutu” üzərində iş gedir”.

Xatırladaq ki, qəza nəticəsində Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Təhsil Nazirliyi baş redaktorla ilə bağlı məsələyə münasibət bildirib

Sonrakı məqalə

“Həlak olmuş hərbçilərin siyahısının sosial şəbəkəyə necə sızması araşdırılır” –