Qəbul edilən hər qaçqına görə Aİ büdcəsindən pul ödəniləcək- 10 min avro

Aralıq dənizi bölgəsi ölkələrindən, Livan, İordaniya, Niger və Ruandadan olan miqrantların köçürülməsi proqramında iştirak edən Aİ dövlətləri gələn il qəbul edəcəkləri hər qaçqına görə Aİ büdcəsindən 10 min avro alacaqlar.

Bu məbləğ həmin ölkələrə köçürülən qaçqınların yerləşdirilməsinə görə maliyyə dəstəyi kimi ayrılır.

Dünyanın böhranlı regionlarından 30 minə yaxın qaçqın qəbul ediləcəyi gözlənilir.

Almaniya KİV-lərində verilən məlumata görə, bu ölkə 5500-ə qədər miqrantı öz ərazisində yehrləşdirmək niyyətindədir(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev müşavirə keçirib

Sonrakı məqalə

Bəzi ölkələrdə “Google”, “Youtube” və “Gmail”in işləməməsinin səbəbi