Qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verildi

Özbəkistanın qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verilib.

Bu barədə qərar Fransanın ipəkçilik mərkəzi kimi tanınan Lionda keçirilən ipəkçilik üzrə beynəlxalq festivalda qəbul olunub. Tədbirdə ipək istehsal edən beynəlxalq şəhərlər şəbəkəsinin yaradılması haqqında deklarasiya da imzalanıb. Lion (Fransa), Valensiya və Barselona (İspaniya), Komo (İtaliya), Londrina və Kuritaba (Braziliya), Kioto və Yokohama (Yaponiya), Xancou və Nançun (Çin), Səmərqənd və Buxara (Özbəkistan), Tbilisi və Batumi (Gürcüstan) ipəkçilik şəhərləri statusu əldə ediblər.

Festivalda İpəkçilik Şəhərləri Beynəlxalq Assosiasiyasının növbəti yığıncağının 2020-ci ildə Səmərqənddə keçirilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb

Sonrakı məqalə

“7 ildən yuxarı olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun!”