Qələbə paradında Putin “NKVD” və “KQB” zabitlərinin əhatəsində olub- FOTO

Qələbə paradında Rusiya prezidenti Vladimir Putinin yanında əyləşən “veteranlar” alman qoşunlarına qarşı Böyük Vətən Müharibəsində iştirak etməyiblər.

Azpost.info xəbər verir ki, onların “NKVD” və “DTK”nın keçmiş əməkdaşları olduğu üzə çıxıb

Məlumata görə, 98 yaşlı Yuri Dvoykin prezidentin sağ tərəfində əyləşib. 1942-ci ildə könüllü olaraq orduya yazılsa da, cəbhəyə göndərilməyib. Əvəzində 1944-cü ildə məktəbi bitirdikdən sonra “NKVD”nin tərkibində snayper kimi Lvov vilayətinə gedib. Orada o, Qərbi Ukraynanın “millətçi” təşkilatının ləğvi ilə məşğul olub.

Parad zamanı prezidentin solunda 88 yaşlı Gennadi Zaytsev oturub. O, 1934-cü ildə anadan olub, müharibə bitəndə onun heç 12 yaşı tamam olmayıb. Zaytsev hərbi xidmətə yalnız 1954-cü ildə çağırılıb. Hərbi xidmətdən sonra orduda qalıb və 1959-cu ildən “DTK”da karyera qurmağa başlayıb.

1968-ci ildə Zaytsev Sovet qoşunlarının Çexoslovakiyaya daxil olmasında, antisovet etirazlarının yatırılmasında və “Praqa baharı”nda iştirak edib. Xüsusilə, “Dunay” əməliyyatında SSRİ “DTK”nın 7-ci idarəsinin qrupuna rəhbərlik edib, onun komandanlığı ilə Praqada Daxili İşlər Nazirliyinin binası ələ keçirilib. 1970-ci illərdə Zaytsev “Alfa” antiterror qrupunun rəhbəri təyin edilib.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, bayram formasında yürüş edənlərin əksəriyyəti nizami ordunun əsgərləri deyil, yardımçı hərbiləşdirilmiş qüvvələrin nümayəndələri və kursantlar olub.

Azpost.info

 

Əvvəlki məqalə

“İstədik hər kəs üçün əlçatan olan reseptləri paylaşaq” –

Sonrakı məqalə

“Qarabağ erməniləri 44 günlük müharibədən hələ dərs almayıb” –