“Qərb neft və qaza embarqo qoysa, Rusiya müharibəni dayandıracaq” –Putinin sabiq müşaviri

394460 09.04.2004 Президент России Владимир Путин (справа) во время встречи с участниками международной конференции “Либеральная программа для нового века: глобальный взгляд” в Москве. Слева – советник президента РФ по экономической политике (с апреля 2000 по декабрь 2005) Андрей Илларионов. Владимир Родионов / РИА Новости

“Kreml Qərbin Rusiyadan enerji istehlakını azaltmaq barədə xəbərdarlığını ciddi qarşılamayıb”.

Azpost.info bildirir ki, bu sözləri BBC radiosuna müsahibəsində Prezident Putinin 2000-2005-ci illərdə baş  müşaviri olmuş Andrey illiarinov bildirib.

Andrey İllarionov hesab edir ki, əgər Qərb ölkələri Rusiyadan neft və qaz ixracına real embarqo tətbiq etsələr, yəqin ki, bir-iki aya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırılacaq. “Bu, Qərb ölkələrinin əlində olan çox təsirli alətlərdən biridir”, –o əlavə edib.

 Doktor İllarionov hesab edir ki, prezident Putin iqtisadi zərbələrə dözməyə hazırdır, çünki onun üçün prioritet təşkil edən hədəf fərqlidir: “Onun üçün ərazi ambisiyaları, imperiya ambisiyaları hər şeydən, o cümlədən Rusiya əhalisinin dolanışığından və ölkədəki maliyyə vəziyyətindən, hətta hökumətinin maliyyə vəziyyətindən də qat-qat vacibdir”, – İllarionov deyib.

Qərb Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Avropa bu ölkədən neft və qaz alışını davam etdirməkdədir.

Keçən il qiymətlərin bahalaşması Rusiyaya büdcəsinin üçdə birindən çoxunu neft və qaz gəlirlərinin hesabına formalaşdırmağa imkan verib. Bu gəlirin böyük hissəsi Avropa İttafaqından daxil olur. Aİ qazının təxminən 40%-ni və neftin 27%-ni Rusiyadan idxal edir. Bu həftə Aİ-nin baş diplomatı Josep Borrell Aİ-nin Rusiyaya aldığı enerjiyə görə nə qədər pul ödənildiyi məsələsinə diqqəti çəkib. “Biz Putindən aldığımız eneriyə görə hər gün ona bir milyard [avro] ödəyirik”, – Josep Borrell bildirib.

Münaqişə başlayandan neft və qaz ticarəti davam etsə də, geniş miqyaslı sanksiyalar o deməkdir ki, bir çox digər sahələrdə iqtisadi fəaliyyət donub, bir çox xarici şirkət Rusiyanı tərk edib və ixrac pozulub.

Rusiya Mərkəzi Bankı tərəfindən aparılan son sorğulardan biri iqtisadiyyatın bu il 8% düşəcəyini proqnozlaşdırır, Beynəlxalq Maliyyə İnstitutu isə bu göstəricinin 15% azala biləcəyini bildirib.

Əvvəlki məqalə

Bakı Dərin Özüllər Zavodunda qəza baş verib, xəsarət alan yoxdur

Sonrakı məqalə

Makron və Le Pen ikinci turda mübarizə aparacaq