“Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var” –Zelenskinin ofisi

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların gəldiyini açıqlayıb.

Bu barədə o “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar.

“Bu gün müəyyən siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə çıxış edir”, – deyə bildirib.

O, Ukraynanın bu müzakirədə iştirak etməyəcəyini iddia edir.

Əvvəlki məqalə

Hərbi hissəni tərk edib “avtoş”luq edən məmur oğluna cinayət işi açıldı – RƏSMİ

Sonrakı məqalə

“Allaha şükür, işsizlik artmır, dollar kiçilir, rubl möhkəmlənir” –