“Qərbin məqsədi Rusiyanın hərbi potensialını məhv etməkdir” –"ŞOQYU "QARŞIDURMA GÜCLƏNİR" DEDİ

2022-ci ilin fevral ayından etibarən Şərqi və Mərkəzi Avropada Rusiya sərhədləri yaxınlığında NATO qruplaşmasının sayı 2,5 dəfə artaraq 30 min nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarus hərbi idarələri kollegiyasının iclasında bildirib.

O qeyd edib ki, NATO ölkələrinin silahlı qüvvələrinin bölmələri Avropada yerləşdirilib: “Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon taktiki qrupları yaradılır. Yaxın vaxtlarda qeyri-regional NATO üzvlərinin qoşunlarının sayı arta bilər. Qərbin dağıdıcı cəhdlərinin əsas hədəfi Rusiyadır. NATO Rusiyanı mövcudluğunu cilovlamaq siyasətindən Rusiya sərhədlərinə yaxın müdafiə sistemi qurmağa keçid etmək istəyir”.

Şoyqunun sözlərinə görə, Qərblə Rusiya arasında qarşıdurma güclənir: “Qərb Ukraynada münaqişənin eskalasiyasını təşviq edir və hazırkı vəziyyət ilk növbədə ABŞ-a sərf edir. Lakin kollektiv Qərbin dağıdıcı səylərinin əsas hədəfi təbii ki, Rusiyanı, onun iqtisadiyyatını, hərbi potensialını məhv etmək, onu müstəqil xarici siyasət yeritmək imkanından məhrum etməkdir”.

Şoyqu onu da bildirib ki, Moskva Kiyevin “çirkli bomba” yaratmaq və NATO-nun nüvə silahlarını Ukraynada yerləşdirmək cəhdlərindən xəbərdardır.

Nazir xatırladıb ki, NATO-nun yayda Madriddə keçirilən sammitində blokun yeni strateji konsepsiyası qəbul edilib və sənəddə Rusiya təhlükəsizliyə əsas təhdid kimi göstərilib.

Azpost.info

Əvvəlki məqalə

Gülməli başlayıb ağlamalı bitən məşhur fim –

Sonrakı məqalə

Taxıl dəhlizinin fəaliyyəti tam bərpa olunub