Qəza nəticəsində kliniki ölüm keçirən əməkdar artist sağalıb

Avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə gətirilən, əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən əməkdar artist Elizbar Osmanov sağalıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın ayının 26-da Mərkəzə gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görmüş əməkdar artist təcili olaraq əməliyyata alınıb.

E.Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb.

Xatırladaq ki, əməkdar artist Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verən qəza nəticəsində ağır xəsarətlər almışdı.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiyaya görə işçilərə ayrılmış 7 milyon manat maaş ödənilməyib

Sonrakı məqalə

Sabaha olan hava proqnozu