Qəzada ölən Laləni yolun o tərəfində atası gözləyirmiş…- Foto

Dünən axşam saatlarında Qazaxda yük maşınının vuraraq öldürdüyü 17 yaşlı qızın tələbə olduğu məlum olub.

Hadisə baş verən gün 2004-cü il təvəllüdlü Lalə Süleymanova atası ilə birlikdə onlara qonaq gələn qohumlarını qarşılamağa gedirmiş. Dərsdən çıxdıqdan sonra magistral yolun kənarına gələn Laləni yolun digər tərəfində atası gözləyib. Bu zaman yolu keçmək istəyən Laləni yüksək sürətlə gələn yük maşını vurub. Hadisə 17 yaşlı qızın atasının gözü qarşısında baş verib.

Lalə Süleymanova Qazax Dövlət Sosial-İqtisad Kollecinin II kurs tələbəsi olub. Orta məktəbin doqquzuncu sinfindən sonra təhsilini kollecdə davam etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Adil Əliyev: Kəlbəcərin azad olunması erməni diasporuna vurulan psixoloji zərbədir

Sonrakı məqalə

Gürcüstanda pandemiya ilə əlaqədar restoranlara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılır