“Qadağalar altında işləməli oluruq”- Rusiyanın ABŞ-dakı səfiri

“Rusiyalı diplomatlar ABŞ-da Vaşinqotonun yaratdığı çoxsaylı məhdudiyyətlər altında işləməli olurlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

“Şəhərdən kənara səyahət etmək üçün indi bütün diplomatlar ABŞ Dövlət Departamentini bir-iki həftə əvvəldən dəqiq marşrut barədə xəbərdar etməlidirlər. Üstəlik, amerikalılar səbəb göstərmədən imtina edə bilərlər”, – Antonov bildirib.

Səfir bu cür məhdudiyyətlərin mənasını başa düşmədiyini deyib. O, həmçinin səfirliyi cəbhə xətti ilə müqayisə edib və diplomatların öz vəzifələrinə yüksək məsuliyyətlə yanaşdıqlarını vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Konqresinə seçkilərdə respublikaçılar üstünlük təşkil edir

Sonrakı məqalə

Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yayıb