“Qafqaz regionu İran tarixinin bir hissəsidir” –RƏİSİ PAŞİNYANLA GÖRÜŞDÜ

“Qafqaz bölgəsində inkişaf, təhlükəsizlik və sülh İran üçün çox vacibdir. Bu bölgə İran tarixinin bir hissəsidir”.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Paşinyanla danışıqlardan sonra çıxışı zamanı bəyan edib.

Rəisi deyib ki, regional məsələləri bölgə aktorları həll etməlidir: ” Xaricilərin istənilən müdaxiləsi problemləri həll etmək əvəzinə, problem yaradacaq”.

İran prezidenti bildirib ki, iki dövlət arasında münasibətlər hökmən regionda əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

Rəisi Paşinyanın İrana səfərinin iki ölkə arasında dönüş məqamı olacağını vurğulayıb.

Azpost.info

 

Əvvəlki məqalə

MEDİA jurnalistlər üçün yazı müsabiqəsi elan edib

Sonrakı məqalə

AMEA-nın yeni prezidenti iclas keçirdi, iki akademik üzvlükdən azad olundu –