““Taxıl dəhlizi” ilə bağlı razılaşma davam etdirilməlidir”- Hulusi Akar

“Qara dənizdə “taxıl dəhlizi” ilə bağlı razılaşmanın davam etdirilməsi vacibdir.

Azpost.info xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığında deyib.

Akar söhbət zamanı Ukraynanın üç cənub limanından kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı son durumu da müzakirə edib. Türkiyəli nazir qeyd edib ki, ehtiyacı olanlara təxminən 10 milyon ton taxıl daşımaqla qlobal ərzaq böhranının həllinə böyük töhfə verən və problemlərin əməkdaşlıq və dialoq yolu ilə həll edilə biləcəyini göstərən “taxıl təşəbbüsü”nün davam etdirilməsi böyük əhəmiyyət daşıyır.

Qara dəniz dəhlizinin taxıl daşınması üçün quru yolu ilə müqayisədə çox daha sürətli və daha əlverişli olduğunu vurğulayan Akar sırf humanitar fəaliyyət olan taxıl daşınması təşəbbüsünün münaqişə şərtlərindən ayrı tutulmalı olduğunu deyib.

“Başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə bölgədə sülhün təmin edilməsində və bütün səviyyələrdə humanitar yardımlarda üzərinə düşəni etməyə davam edəcək, – Akar əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Narkotikə görə 7 il həbs cəzası verilmiş qadın bəraət alıb

Sonrakı məqalə

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir-