“Qarabağ erməniləri 44 günlük müharibədən hələ dərs almayıb” –Ter-Petrosyanın sabiq müşaviri

“Qarabağ erməniləri başlarına gələnlərdən hələ dərs almayıblar, Rusiyaya ümid edirlər. Moskva onların təhlükəsizliyini ya təmin etmək istəmir, ya da buna imkanı yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan prezidenti Ter-Petrosyanın müşaviri olmuş Jirayr Libaridiyan Fransada nəşr olunan “Les Nouvelles d’Arménie” nəşrinə müsahibəsində deyib.

Sabiq müşavir deyib ki, Ermənistanın və erməni xalqının üzləşdiyi faciəyə görə, daşnaklar məsuliyyət daşıyır.

Onun sözlərinə görə, bu qüvvələr ter-Petrosyana Qarabağ məsələsini həll etməyə imkan vermədilər: “Bu barədə danışmaq ağırdır, amma son 30 ildəki Qarabağ rəhbərləri və bu qeyri-real siyasəti dəstəkəlmiş digərləri bu siyasətin gətirdiyi fəlakətə görə cavabdehdirlər. Ermənistandakı siyasi qüvvələrin və diasporadakıların bir çoxunun köməyi ilə onlar məsələnin əlçatan və ağıllı həllinə mane oldular. Halbuki bu həll yolu Qarabağın mühüm maraqlarını müdafiə edəcək idi”-deyə Libaridiyan bildirib.

Sabiq müşavirin fikrincə, Qarabağ ermənilərinin başçıları 44 günlük müharibədən doğru dərs çıxara bilməyiblər: “Onların seçimi indi çox məhduddur: Onlar Ermənistanı öz təhlükəsizliyinə qarant kimi itirdilər. Onlar daha çox Rusiyaya ümid edirlər. Moskva isə onların təhlükəsizliyini təmin etməyə ya qadir deyil ya da bunu etməyi arzulamır”.

Azpost.info

Əvvəlki məqalə

Qələbə paradında Putin “NKVD” və “KQB” zabitlərinin əhatəsində olub

Sonrakı məqalə

Vasif Talıbov Heydər Əliyevin büstünü ziyarət etdi –