“Qarabağ” UEFA reytinqində 7 pillə irəliləyib

05 Noyabr 2021 - 09:59

Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.

Konfrans Liqasının “Kayrat”la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” siyahıda 57-ci yerə yüksəlib. Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri “Makkabi” (Təl-Əviv), “Qalatasaray”, “Feyenoord”, “Alkmaar”, “Volfsburq”, “Hoffenhaym”, “Real Sosyedad”, “Lill”, “Borussiya” (Mönhenqladbax) kimi komandaları qabaqlayır.

Qeyd edək ki, cədvələ 129,000 xala malik “Bavariya” başçılıq edir.