“Qarabağın Azərbaycandan ayrılması üçün heç bir imkan qoymamışdılar” –Paşinyandan etiraf

“Müharibənin qarşısını almaq üçün yeganə vasitə Dağlıq Qarabağın statunu müəyyən etmədən ərazilərin geri qaytarılması idi”.

 Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı zamanı deputatların suallarına cavab verərəkən bildirib.
Baş nazir deyib ki, 2018-ci ildə hakimiyyətə gələrkən ona miras qalan danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasına imkan vermirdi.
Paşinyan deyib ki, bu sözlərini hər zaman subut etməyə hazırdır. O bildirib ki, Ermənistanın əvvəlki hakimiyyəti hətta nəzəri də olsa belə Dağlıq Qarabağın Azərbaycan tərkibində olmaması ilə bağlı imkan saxlamamışdı.
Paşinyan sələflərini ölkəni və ordunu qarət etməkdə ittiham edib.
“Sizin müdafiə naziri (Ohanyan) deyirdi: Gedin boş konserv qutularını səngərdə asın, Azərbaycan əsgəri gələndə eşidək”-deyə Paşinyan parlamentdəki müxalifət deputatlara deyib.
Baş nazir qapalı iclasın keçirilməsini təklif edib. O, haqlı olduğunu subut etmək üçün Qarabağla bağlı əvvələr aparılmış danışıqların sənədlərini gətirməyə hazır olduğunu deyib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ ordusu Ukraynada yerləşdirilməyəcək” –

Sonrakı məqalə

Rusiya Ermənistanı Azərbaycanla delimitasiya ilə bağlı danışıqlara başlamağa çağırıb –