“Qarabağ”ın oyunçusu Konfrans Liqasının “ən yaxşı oyunçu” siyahısındadır

05 Noyabr 2021 - 10:29

Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Qol.az UEFAnın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də 4 namizəddən biridir.

Həmçinin, Andre Qrin (“Slovan” Bratislava Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də bu ada namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Xatırladaq ki, Zubir ötən gecə “Kayrat”la səfər oyununda (2:1) “Qarabağ”ın qələbə qolunu vurub.