“Birgə əməkdaşlığa ehtiyac var”- ATƏT PA-nın prezidenti

Planetimizin təbii sərvətlərinin bizim üçün bəxşiş olduğunu dərk etməli, onların gələcək nəsillərə çatdırılması üçün addımlar atmalıyıq. Bu mövzuda ümumi məhsuldar debatların keçirilməsi gələcəkdə daha dayanıqlı ATƏT regionunun yaranmasına töhfə verəcək.

Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Marqareta Sederfelt mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

Ekologiyanın daha da yaxşılaşdırılması istiqamətində maarifləndirmə işlərinin görülməsinin əhəmiyyətinə toxunan Marqareta Sederfelt əlavə edib: “Qarşıdakı hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var. Biz kollektiv şəkildə səsimizi ucaldaraq dayanıqlı hədəflərimizə çatmaq istiqamətində birgə əməkdaşlıq etməliyik. Yaşıl iqtisadiyyata keçid qlobal çağırışlara qarşı reaksiya verməyə imkan yaradacaq. Bununla biz gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq”.

Əvvəlki məqalə

“10-11 yaşlı 500 uşaqdan cəmi 7 nəfər oxuduğunu anlayır” –

Sonrakı məqalə

İşçi gecikən maaşa görə əlavə pulu necə ala bilər? –