Qax rayonunun dağ kəndlərinə gedən buzlu yollara duz-qum qarışığı səpilib.
Şimal-qərb bürosunun məlumatına görə, Qax-İlisu-Sarıbaş, Qax-Şəki, Qax-Qaşqaçay-Armudlu, Qax-Ləkit-Kötüklü, Qax-Qorağan-Zaqatala avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib.
Qalın buz qatına çevrilən yolların təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC tərəfindən bu gün səhər saat 06:00-dan etibarən yollara duz-qum qarışığı səpilib. Hazırda adıçəkilən yollarda avtomobillərin hərəkəti tam təmin olunub.
Qurumdan “Report” un yerli bürosuna verilən məlumata görə, yolların təmizlənməsi üçün bütün qüvvə və vasitələr cəlb edilib: “Balansda olan 213 kilometrlik uzunluğunda avtomobil yollarına idarənin 6 qartəmizləyən və duzsəpən texnikası cəlb olunub. Qarın yağması davam etdiyindən hazırda texnikalar və işçilər yollarda gücləndirilmiş iş rejimində çalışır”.