“Qayınana” filminin 45 il əvvəl çəkilmiş kadrarxası nadir görüntüləri –Nəsibə Zeynalova filmin gələcəyi barədə nə deyib? (VİDEO XRONİKA)

İnternetdə məşhur “Qayınana” filminin çəkiliş prosesini əks etdirən kinokadrlar yayımlanıb. 

Azpost.info bildirir ki, ssenraist Füzuli Sabiroğlunun təqdim etdiyi bu kadrlar 1977-ci ildə jurnalist Telli Pənahqızının AZTV üçün hazırladığı sujetdəndir. Kadrlarda filmin quruluşçu rejissoru mərhum Hüseyn Seyidzadə, baş rolun ifaçısı Nəsibə Zeynalova filmin çəkiliş prosesi barədə danışırlar.

Kadrlarda sonralar filmin ən məşhur replikalarına çevriləcək epizodların çəkildiyi anlar əks edilib. Süjetdə həmçinin İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov da əks edilib.

Kadrlar ilk dəfə yayımlanır.

Azpost.info həmin sujeti oxucularına təqdim edir:

 

 

Əvvəlki məqalə

Lavrov Bakıya “çantasında” nə gətirib? –

Sonrakı məqalə

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi –