Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib.
APA xəbər verir ki, qanun iyul ayından tətbiq edilməyə başlayacaq. Bununla bağlı Əmək Məcəlləsinə də müvafiq dəyişiklik edilib. Qanuna görə, zəruri hallarda müəssisələr 4 günlıük iş həftəsi tətbiq edə bilər.
İstər 4, istərsə də 5 günlük iş həftəsində bazar istirahət günü hesab olunur. 4 günlük iş həftəsində digər istirahət günləri kollektiv müqavilə ilə müəyyən edilir.
Yeni qanun istehsalın dayandırılması mümkün olmayan müəssisələrə şamil edilmir.