Qazaxıstan mayın 9-da ənənəvi hərbi parad keçirməyəcək.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.
Ənənəvi olaraq Vətənin Müdafiəçisi Gününə (mayın 7-də Qazaxıstanda qeyd olunur) və 1945-ci ildə Almaniya üzərində qələbənin ildönümünə təsadüf edən tədbir “büdcəyə qənaət” səbəbi ilə baş tutmayacaq.
“Digər problemlərin həllinə ehtiyac var”, – mənbə bildirib.
“Xüsusən də, Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının lazımi səviyyədə saxlanılması prioritetdir”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qazaxıstan prezidenti Kasım-Jomart keçmiş SSRİ-nin bütün respublikalarının rəhbərləri kimi Qələbə Gününü qeyd etmək üçün Moskvaya getməyəcək. Kremlə yaxın mənbə “Vedomosti”yə bildirib ki, mayın 9-da Vladimir Putini Qızıl Meydanda müşayiət edəcək yeganə xarici dövlət başçısı Qırğızıstan prezidenti Sadır Japarov olacaq.
Azpost.info