“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir”.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının sammitində bildirib.
“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, həmçinin BMT Nizamnaməsinə ciddi riayət etməyi zəruri hesab edir”, – Tokayev deyib.
Onun sözlərinə görə, bu, Qazaxıstanın əsas maraqlarına tam uyğun gələn zəruri prinsipdir: “Ona görə də biz bu prinsipə üstünlük verəcəyik”.
Azpost.info