Qazaxıstan Qırğızıstana pulsuz hərbi yardım göstərəcək

Qazaxıstan parlamentinin aşağı palatası Qırğızıstana hərbi-texniki yardım göstərilməsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

2021-ci il dekabrın 7-də Nur-Sultanda imzalanmış müqaviləyə əsasən, Qazaxıstan tərəfi regionun təhlükəsizliyini və hərbi potensialını təmin etmək məqsədilə Qırğızıstana hərbi texnikanı pulsuz təhvil verəcək. Yardımın həcmi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Saziş baxılması üçün Qazaxıstan Senatına (parlamentin yuxarı palatası) təqdim edilib. 2021-ci ilin noyabrında Qazaxıstanın Əfqanıstandakı vəziyyətlə əlaqədar Qırğızıstan və Tacikistana hərbi sursat və xüsusi texnika ötürəcəyi məlum olub. Yardım ölkənin artıq ehtiyatlarından veriləcək.

Azpost.info

Əvvəlki məqalə

“Medianı 2006-cı ildə tərk etdim…Dostum dedi ki, indi TV-yə baxan yoxdur” –

Sonrakı məqalə

Azərbaycanlı milyarderin 400 milyonluq yaxtasına həbs qoyuldu –